Onlayn ictimai-siyasi qəzet
İkinci Dünya müharibəsindən sonra Yaponiya “üç nüvəsiz prinsip” — nüvə silahına sahib olmamaq, istehsal etməmək və ölkəyə daxil olmasına icazə verməmək — öhdəliyini qəbul etmişdi.
Musavat.com xəbər verir ki, ölkədə təhlükəsizlik vəziyyətinin gərginləşməsi bu prinsiplərin yenidən nəzərdən keçirilməsi ehtimalını gündəmə gətirib.
Hakim Liberal-Demokrat Partiyasının son açıqlamaları məhz bu istiqamətdə addımlar atıla biləcəyinə işarə edir. Bu isə ölkə daxilində, xüsusilə atom bombası qurbanlarının təşkilatları arasında ciddi narazılığa səbəb olub.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ