İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərq OD içində: Azərbaycana TƏXLİYƏ olunanların sayı AÇIQLANDI

50-dən çox ölkə İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycana müraciət edib. Prosedura uyğun olaraq, təxliyə cəmi bir neçə saata həyata keçirilir.

Musavat.com xəbər verir ki, bunu martın 6-da xarici işlər naziri Ceyhun Bayramov bildirib. 

Nazir deyib ki, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Bəhreyndən təxminən 1000 müraciət daxil olub:

"Səudiyyə Ərəbistanı və Ciddədən martın 4-də xüsusi reyslə 209 nəfər təxliyə edilib. Onlardan 193-ü Azərbaycan vətəndaşıdır. Qətərdə qalan vətəndaşlarımızın martın 7-də Ciddədən təxliyəsi planlaşdırılır. Bütövlükdə proses nəzarət altındadır və daim əlaqədəyik".

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR