Onlayn ictimai-siyasi qəzet
Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov bir neçə gün öncə çıxışında Rusiyanın Ermənistanı itirməsinin Moskvanın maraqlarına zidd olduğunu bildirib və Kremlin xüsusi hərbi əməliyyatı təkcə Ukraynada deyil, həm də Rusiyanın təsir zonası hesab edilən digər ərazilərdə də aparmalı olduğunu irəli sürüb. Bu fikirlər İrəvanda kəskin reaksiya doğurub.
Hadisədən sonra Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfiri Sergey Kopırkini nazirliyə dəvət edərək ona etiraz notası təqdim edib.
Məsələ daha sonra Rusiya XİN-in 15 yanvar brifinqində gündəmə gəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, XİN sözçüsü Mariya Zaxarova qalmaqalın süni şəkildə böyüdüldüyünü bildirib. Onun sözlərinə görə, Solovyovun çıxışı bəzi şərhçilər tərəfindən sanki Rusiyanın rəsmi siyasətinin ifadəsi kimi təqdim olunub, halbuki bu, jurnalistin şəxsi fikri olub və o da dövlət kanalında deyil, özəl platformada səsləndirilib.
Zaxarova qeyd edib ki, Solovyovun dedikləri kontekstdən çıxarılaraq manipulyasiyaya məruz qalıb və bir sıra “divan analitikləri” tərəfindən provokativ şəkildə şişirdilib. Onun sözlərinə görə, bu kimi sözlər nəticə etibarilə Rusiyanın guya postsovet məkanına qarşı aqressiv planlar hazırladığı barədə fikirlər yaradır.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ