İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan SENSASİON bəyanatlar: "Cenevrə heyəti Alyaska razılaşması ilə hərəkət edir"

Cenevrədə keçirilən danışıqlarla bağlı məlumat Rusiya nümayəndə heyəti xətti ilə təqdim olunacaq, Xarici İşlər Nazirliyi isə hələlik prosesi şərh etmir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, Rusiya nümayəndə heyəti Cenevrədə Alyaska sammitində əldə olunan anlaşmalar çərçivəsində hərəkət etmək üçün konkret təlimatlar alıb.

O, həmçinin bəyan edib ki, Münhen Təhlükəsizlik Konfransı ciddi problemlərin müzakirə olunduğu dialoq platforması rolunu itirir.

Rusiya XİN rəsmisinin sözlərinə görə, Avropanın sülh danışıqları fonunda Kiyevi silahlandırmaq niyyəti barədə açıqlamaları Ukrayna ərazisində sülh istəmədiyini göstərir.

Zaxarova əlavə edib ki, Hindistanın Rusiya karbohidrogenlərinin alınması ilə bağlı mövqeyini dəyişdiyini düşünmək üçün əsas yoxdur.

“‘Sülh Şurası’ ilə bağlı Rusiya mövqeyi, o cümlədən Yaxın Şərq tərəfdaşlarının yanaşması nəzərə alınmaqla işlənir”, – deyə o vurğulayıb.

Rusiya tərəfi İran üzrə danışıqların nəticəsində regionun yeni hərbi avantüraya cəlb olunmayacağına ümid etdiyini bildirib.

Bundan başqa, Zaxarova BMT Baş katibinin fəaliyyətinin Ukrayna ərazisində nizamlanma məqsədlərinə maneə yaratdığını iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR