İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski–Putin görüşü üçün Ankara variantı: Kiyev Türkiyəyə üz tutdu

Ukrayna rəhbərliyi Rusiya ilə birbaşa təmasların bərpası üçün Türkiyəyə müraciət edib.

Musavat.com xəbər verir ki, Kiyev tərəfi dialoqa yeni təkan vermək məqsədilə Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putinin görüşünün təşkil olunmasını istəyir.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın sözlərinə görə, bu istiqamətdə Türkiyə ilə birbaşa təmaslar qurulub. O bildirib ki, görüşün harada keçirilməsi məsələsi prinsipial deyil, lakin Moskva və Minsk variantları istisna olunur.

Nazir vurğulayıb ki, əgər görüş üçün başqa paytaxt seçilərsə, Ukrayna tərəfi danışıqlarda iştirak etməyə hazırdır. Bu isə tərəflər arasında uzun müddətdir dalana dirənmiş danışıqlar prosesinə yeni dinamika gətirə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR