İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin adamı ABŞ-da Uitkoffla görüşəcək

Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov bu həftə ABŞ Prezidentinin elçisi Stiv Uitkoffla görüşəcək.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, mənbələr danışıqların Florida ştatının Mayami şəhərində baş tutacağını ehtimal edirlər.

Dünən Ukrayna mənbələri Umerovun ABŞ-a səfər etdiyinə dair məlumat yayıblar. Bu səfərin Rusiya ilə danışıqlarla bağlı olub-olmadığı açıqlanmır. Amma son günlər rəsmi Kiyevin İran münaqişəsinə görə arxa plana keçən sülh danışıqlarını aktivləşdirməyə çalışdığı hiss olunmaqdadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR