Onlayn ictimai-siyasi qəzet
"Russian Today"(RT) telekanalının baş redaktoru Marqarita Simonyan Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfərinə sərt münasibət bildirib.
Simonyan sosial şəbəkədə paylaşdığı açıqlamada Ermənistan hakimiyyətini tənqid edib.
“Bu, dəfələrlə xilas etdiyimiz Ermənistanın nankor addımıdır. Artıq Rusiyanın əhalisini və bu ölkədəki maraqlarını qorumaq barədə düşünməyin vaxtıdır. Əgər Vladimir Putin özü qərar verməsə, gələcəkdə onun varisi bu istiqamətdə addım atmalı olacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Volodimir Zelenski Avropa Siyasi Birliyinin VIII Sammitində iştirak etmək üçün İrəvana səfər edib. Sammit çərçivəsində Ukrayna lideri bir sıra Avropa rəsmiləri ilə görüşlər keçirib./Modern.az/
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ