Onlayn ictimai-siyasi qəzet
"The Telegraph" yazır ki, Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri Ukrayna prezidenti Vladimir Zelenskiyə açıq şəkildə Andrey Yermakı vəzifədən azad etməyi tövsiyə ediblər. Səbəblər çoxdur, amma əsas diqqət çəkən məqam Yermakın ingilis dilini bilməməsi, təkəbbürlü davranışı və Vaşinqtonla dialoqu çətinləşdirən ünsiyyət tərzidir.
Musavat.com-un məlumatına görə mənbələr bildirir ki, Oval kabinetdə baş tutan son görüş Yermak üçün tam uğursuzluq olub. Rəsmilərin sözlərinə görə, Yermakın sərt, öyrədici və yuxarıdan aşağı danışıq tonu həm respublikaçıların, həm də demokratların səbir kasasını daşırıb. ABŞ siyasi dairələrində Yermak “iki partiyanın da əsəblərini pozan fiqur” kimi təsvir olunur.
Tramp administrasiyasındakı mənbələr qeyd edirlər ki, Yermakın zəif ingilis dili danışıqların keyfiyyətinə birbaşa təsir edir, çünki o, tez-tez yanlış anlaşmalara, qeyri-dəqiq tərcümələrə və məzmun itkilərinə yol açır. Vaşinqton hesab edir ki, Ukraynanın belə kritik mərhələdə bu cür kommunikasiya problemi olan adam tərəfindən təmsil olunması qəbuledilməzdir.
ABŞ rəsmiləri Zelenskiyə birbaşa mesaj veriblər: Yermakın olduğu kompozisiyada normal danışıqlar mümkün deyil. Həm administrasiyanın, həm də ABŞ Konqresindəki müxtəlif qüvvələrin münasibəti eynidir — Yermak Vaşinqtonla iş birliyini çətinləşdirən əsas maneə kimi görülür.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ