Onlayn ictimai-siyasi qəzet
İranın Zəncan vilayətində partlamamış sursatların zərərsizləşdirilməsi zamanı 14 SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) hərbçisi həlak olub, daha 2 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Iran International SEPAH komandanlığının açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, SEPAH-ın Zəncandakı “Ənsar əl-Mehdi” bölməsinin istehkamçı qrupları son ABŞ-İsrail hava zərbələrindən sonra ərazidə qalan partlamamış sursatları müəyyənləşdirib zərərsizləşdirmək üçün bölgəyə daxil olub. Bu zaman güclü partlayış baş verib.
Hadisənin təfərrüatları araşdırılır.
Musavat.com
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ