Onlayn ictimai-siyasi qəzet
Joze Mourinyonun rəhbərliyi ilə məşqlərini davam etdirən “Real Madrid”in hazırlıq prosesində Arda Gülər yenidən texniki bacarığını nümayiş etdirib.
Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, cərimə meydançasından kənardan topa güclü zərbə vuran Arda onu qapının küncünə göndərib.
Arda Gülərin zərbəsinin yalnız dəqiqliyi deyil, topun sürəti də diqqət çəkib. Məşq zamanı vurulan qolun görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb, minlərlə bəyənmə və paylaşım toplayıb.
Ardanın bu qolu onun yüksək texniki imkanlarını və uzaq məsafədən zərbələrdəki ustalığını bir daha nümayiş etdirib.
Musavat.com
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ