Onlayn ictimai-siyasi qəzet
2004-cü ilin Aşura günündə İraqın müqəddəs Kərbəla şəhərində baş verən dəhşətli terror aktının görüntüləri yenidən gündəmə gəlib.
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, həmin gün törədilən partlayışlar nəticəsində 200-dən çox insan həlak olub, 2000-ə yaxın şəxs isə yaralanıb.
Məlumata görə, hücumu əsasən Səudiyyə Ərəbistanı vətəndaşlarından ibarət olan 12 intiharçı terrorçu həyata keçirib.
Terrorçular Kərbəlanın müxtəlif nöqtələrində eyni vaxtda partlayışlar törədiblər.
Qeyd edək ki, həmin gün Bağdadın Kazimiyyə ərazisində baş verən üç güclü partlayış da Kərbəla hadisələri ilə eyni vaxta təsadüf edib. Partlayışlar birbaşa Aşura mərasimlərinə qatılan sakinləri hədəf alıb.
Musavat.com
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ