Onlayn ictimai-siyasi qəzet
Keniyada fəaliyyət göstərən 22 yaşlı ekofəal Trufena Mutoni təbiətin qorunmasına diqqət çəkmək məqsədilə 72 saat fasiləsiz ağacı qucaqlayaraq dünya rekordu müəyyənləşdirib.
Musavat.com xəbər verir ki, bu nəticə gənc fəalın adının Guinness World Records kitabına düşməsi ilə nəticələnib.
Mutoni bununla əvvəlki rekordçunu – Frederik Boakyeni geridə qoyub. Boakyenin rekordu 50 saatdan bir qədər artıq idi. Qeyd edək ki, keniyalı fəal daha əvvəl də ağacı iki sutkadan çox qucaqlamışdı, lakin bu dəfə nəticəni xeyli yaxşılaşdıraraq yeni rekord müəyyənləşdirib.
Ekofəal bildirib ki, aksiyanın əsas məqsədi sadəcə simvolik mesaj vermək deyil:
“Mən başa düşdüm ki, dünyanın təkcə rəmzlərə yox, dözümlülüyə, ardıcıllığa və planetə qayğının keçici olmadığını sübut edən real addımlara ehtiyacı var.”
Məlumata görə, Mutoni ikinci cəhdə ciddi hazırlaşıb. O, bədənini uzunmüddətli yüklənməyə uyğunlaşdırmaq üçün su qəbulunu artırıb. Ən böyük çətinlik isə yuxusuzluq olub — aksiya ərəfəsində kifayət qədər dincələ bilməyib.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ