İnsanlara hürriyət, millətlərə istiqlal!

36 klub, 24 yer - Futbol bayramı, yoxsa vida gecəsi?

Yanvarın 21-də Çempionlar Liqasının Liqa Mərhələsində “Qarabağ” Almaniyanın “Ayntraxt” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Oyuna maraq olduqca yüksəkdir. Bu günə satılan biletlər hər halda bunu deməyə əsas verir. Artıq biletlər tükənmək üzrədir. Bütün bunlar onu göstərir ki, yanvarın 21-i gecəsi Azərbaycanda əsas futbol bayramı olacaq.

bzbNiVJeJyUrBWDLKIIq7xSVoL4PjM1wl6PAvOzP_825.png (42 KB)

Hər iki klub üçün bu oyun “ölüm-dirim” savaşını xatırladacaq. Belə ki, hazırda turnir cədvəlində Ağdam təmsilçisi 7 xalla 22-ci sıradadır. Növbəti mərhələyə isə 36 klub arasından 24-ü çıxacaq. Azərbaycanın qüruru növbəti tarixi yazmaq istəyirsə, hökmən qalib gəlməlidir. Əks halda bütün ümidlərimiz Bakıda dəfn olunacaq. Çünki sonuncu, 8-ci oyun güclü “Liverpul”a qarşı səfərdə keçiriləcək.

Etiraf edək ki, bu oyunda ingilis nəhəngindən nəinki xallar, ümumiyyətlə, xal almaq çox mümkünsüz görünür.

Gələk “Ayntraxt”a. Alman klubunun nəzəri cəhətdən növbəti mərhələyə çıxmaq şansları var. Hazırda aktivlərində 4 xal var və 30-cu sırada qərarlaşıblar. Ümidlərini Almaniyaya daşımaq istəyirlərsə, Bakıda mütləq qalib gəlməlidirlər. “Alman maşını” sonuncu oyununu ingilis nəhənglərindən sayılan “Tottenhem”ə qarşı keçirəcək. Biz ona qətiyyən şübhə etmirik ki, “Qarabağ” yalnız nəticə üçün deyil, həm də Azərbaycan futbolunu beynəlxalq arenada təmsil etməyə davam etmək, öz gücünü və taktiki hazırlığını göstərmək üçün meydanda var gücü ilə mübarizə aparacaq.

MESTE.jpg (41 KB)

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında hər iki tərəf üçün vacib qarşılaşmanın keçiriləcəyini söyləyib:

“Bu oyunun nəticəsi rəqiblər üçün “tamam, ya davam” sualına cavabını verəcək. Qələbə bizi pley-offa, onları isə bu şansı saxlamağa kömək edəcək. Bərabərlik heç kimə sərf etmir. Rəqibdə itkilər və dəyişikliklər var. Almanlar iki gün əvvəl baş məşqçiləri Dino Topmölleri göndəriblər. Onun vaxtında komanda müdafiədə çox zəif, hücumda isə əla idi. Çox qol vururdular, çox da buraxırdılar. Xaosa yaxın bir şey. Belə oyun oynayan komandalar üslub olaraq “Qarabağ”a uyğun gəlirdi. Öz qapısında yatmayan, açıq futbol oynayan rəqib Qurban Qurbanovun sevdiyi rəqibdir. Odur ki, Dino müəllim bir oyun da qalıb bizə də uduzub, elə Bakıda istefaya göndərilsəydi, əla olardı.

AYN.jpg (74 KB)

Digər tərəfdən, “Ayntraxt” özünə gəlməyə vaxt tapmayacaq. Əyri-əskikləri düzəltməyə yönəlib, Avropada irəliləmək fikrini ikinci plana ata bilərlər. Onsuz da “Qarabağ”dan sonra “Tottenhem” matçları da var və hər ikisində qalib gəlsələr də, pley-offa çıxmaya bilərlər. Ehtimal aşağıdır. Bu səbəbdən Bakıya qədərki uzun yola geniş heyətlə çıxmaya, zədədən qayıtmaq üzrə olan futbolçularını boşuna yormamaq fikrində ola bilərlər. Onsuz da itkiləri yetərincədir.

Ancaq “Ayntraxt” kimi komandalar baş məşqçisiz də qorxuludurlar və bizi yenə bilərlər. Bakıya bir alman komandası gələcək və onlara münasibət də ciddi olmalıdır. Düşərgələrindəki durumdan asılı olmayaraq.

264bb3c54ca755b045031dd34ce67b30.jpg (90 KB)

Bütün dediklərimizə rəğmən, “Qarabağ” bu matçda “Ayntraxt”a qalib gələcək gücdədir. Bəli, “Qarabağ”ın da problemləri var, lakin komanda bu günə qədər keçirdiyi oyunlarda rəqabətə davamlı olduğunu sübut edə bilib. Buna görə də qələbələrin mümkünlüyünü proqnozlaşdırmaq olar”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR