Onlayn ictimai-siyasi qəzet
Erməniəsilli amerikalı realiti-şou ulduzu Kim Kardaşyan “The Kardashians” proqramında şəxsi həyatından danışıb.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, təxminən 5 ildir reper həyat yoldaşı Kanye Uestlə yollarını ayıran Kardaşyan uzun müddət tək yaşamağın yaratdığı rahatlığa vərdiş etdiyini deyib.
45 yaşlı Kim Kardaşyan “Nə qədər subay qalsanız, bir o qədər rahatlığa öyrəşirsiniz. Bir vaxt gəlir ki, hətta yatağınızı kiminləsə paylaşmaq belə öz cazibəsini itirir” sözləri ilə diqqət çəkib.
Ehtiyatlı açıqlamalarına baxmayaraq, Kardaşyan yenidən münasibətə hazır olduğunu deyib:
“Mən romantik insanam. Düzgün insanla qarşılaşanda hazır olacağam. Hər şey öz yoluna düşəcək”.
Kim Kardaşyanın Kanye Uestlə evliliyindən 4 övladı var.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ