İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan sensasiyalı açıqlama: Ukrayna–Rusiya mövzularının 90 faizi razılaşdırılıb

Son danışıqlardan sonra Ukrayna ilə Rusiya arasındakı problemlərin 90 faizi həll edilib.

Musavat.com xəbər verir ki, məlumatı Sky News telekanalı Amerika rəsmisinə istinadən yayıb. Rəsmi mənbə bildirib ki, danışıqların əsas mövzularından biri təhlükəsizlik zəmanətləri olub: Tramp inanır ki, Rusiyanı Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə bənzər şəkildə Ukrayna üçün zəmanətləri qəbul etməyə inandıra bilər.

Kanalın mənbəyi görüş zamanı "ərazi məsələləri ilə bağlı müzakirələrin dərinləşdiyini" qeyd edib.

Rəsmi şəxs əlavə edib ki, Tramp Berlində Amerika və Ukrayna nümayəndə heyətləri arasında danışıqların nəticəsindən məmnundur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR