Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Nyu-York ştatının qubernatoru Keti Hokul qızılca xəstəliyinin sürətlə yayılması ilə əlaqədar rəsmən fövqəladə vəziyyət rejimi elan edib.
Musavat.com xəbər verir ki, oktyabrın 3-nə olan son göstəricilərə görə, ştatda 108 yoluxma faktı təsdiqlənib.
İyulun 15-dən bu yana peyvəndləmə dərəcəsi aşağı olan 18 dairədə 92 yeni yoluxma halı aşkar edilib.
Oktyabrın 5-də qüvvəyə minən və noyabrın 4-dək davam edəcək Fövqəladə Vəziyyət Fərmanı ilə tibbi heyətin səlahiyyətləri kəskin genişləndirilib.
Artıq təcili tibbi yardım işçiləri və əczaçılar da əhaliyə vaksin vurmaq haqqı qazanıblar.
Ən kritik vəziyyət isə qonşu Pensilvaniya ştatında qeydə alınıb.
İlin başlanğıcından bəri bu ştatda yoluxanların sayı 1004 nəfərə çatıb, 198 xəstə ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib, 5 nəfər isə faciəvi şəkildə həyatını itirib.
Bu, son 30 ildən artıq dövrdə ABŞ-nin tək bir ştatında baş verən ən böyük qızılca epidemiyası sayılır.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, ölkə miqyasında yoluxanların sayı 3900-ə yaxınlaşıb.
Bu, 1991-ci ildən bəri qeydə alınan rekord anti-göstəricidir.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ