İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də İrandakı etirazları dəstəkləyən nümayişçilərin üstünə yük maşını sürüldü

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində İrandakı etiraz aksiyalarına dəstək məqsədilə keçirilən mitinqlər zamanı yük avtomobili kütlənin üzərinə sürülüb.

Bu barədə KNBC telekanalı məlumat yayıb.

"Los-Anceles Yanğından Mühafizə Xidmətinin məlumatına görə, azı iki nəfər tibbi yardım üçün müraciət edib", - deyə nəşr bildirib.

Məlumata görə, hadisədən sonra nümayişçilər sürücüyə hücum etməyə çalışıb və avtomobilin şüşələrini sındırıblar. Hüquq-mühafizə orqanları yük maşınının sükanı arxasında olan şəxsin kimliyini hələ müəyyən etməyib.

Qeyd edək ki, İranda etirazlar dekabrın 28-də milli valyutanın qəfil kəskin dəyər itirməsindən sonra başlayıb və o vaxtdan bəri ölkənin azı 46 şəhərini əhatə edib. Mövcud məlumatlara görə, onlarla insan, o cümlədən azı beş uşaq həlak olub, çox sayda insan yaralanıb. Yanvarın 8-i axşam saatlarında respublikada internet və mobil rabitənin kəsilməsi zorakılığın kəskinləşdiyi bir vaxtda informasiya əldə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.\\"Report"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR