Onlayn ictimai-siyasi qəzet
ABŞ Ermənistan Silahlı Qüvvələrinin islahatına dəstək göstərməyə davam edəcək.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin köməkçisinin müavini Endryu Lumis İrəvanda keçirilən Ermənistan-ABŞ müdafiə məsləhətləşmələrində bəyan edib.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 18-də tutan görüşdə tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində son illərdə həyata keçirilən proqramların yekunlarını müzakirə ediblər.
E. Lumis Vaşinqtonun Ermənistanda aparılan müdafiə islahatlarına dəstəyi davam etdirmək niyyətində olduğunu bildirib.
Söhbət Ermənistan ordusunun transformasiyasına töhfə verəcək məsləhət proqramlarından, təcrübə mübadiləsindən və digər yardım layihələrindən gedir.
Məsləhətləşmələrin yekununda iki ölkənin nümayəndələri görülən işlər və əldə olunmuş razılaşmalar haqqında protokol imzalayıblar.
Bəyanat İrəvanın xarici siyasət kursunun fəal müzakirə olunduğu bir fonda səslənib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ