İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ gecikir, İran güclənir: İsrail müdaxilə üçün həyəcan təbili çalır

ABŞ-nin İrana qarşı mümkün hərbi addımları gecikdirməsi fonunda Tehran hava müdafiəsini sürətlə gücləndirir.

Musavat.com xəbər verir ki, bu prosesdə Çin və Rusiyanın texniki dəstəyi xüsusi rol oynayır və vəziyyət İsraildə ciddi narahatlıq doğurur.

Məlumata görə, Çin ilk dəfə olaraq İrana YLC-8B radar sistemləri tədarük edib. Bildirilir ki, həmin radarlar “B-2 Spirit” tipli görünməz bombardmançıların aşkarlanması üçün nəzərdə tutulub və Pekinin Tehrana indiyədək verdiyi ən kritik hərbi dəstək kimi qiymətləndirilir.

Eyni zamanda qeyd olunur ki, İran Çin və Rusiyanın yardımı ilə 12 günlük müharibədən sonra ilk dəfə ölkə üzrə bütün hava hücumundan müdafiə sistemlərini vahid komandanlıq altında birləşdirib. Məlumata görə, sistemlər şəbəkə prinsipi ilə əlaqələndirilib, köhnə HHM vasitələri isə texniki dəstəklə modernləşdirilib. Bildirilir ki, Çin İranın hava məkanının qorunmasına xüsusi önəm verir.

Bu məlumatlar İsraildə narahatlığı artırıb. Bildirilir ki, Təl-Əviv ABŞ-nin mümkün müdaxiləni gecikdirməsinin İranın daha da güclənməsinə şərait yaratdığını düşünür və Vaşinqtondan daha sürətli addım gözləyir.

İran mediasının məlumatına görə, İran ölkənin şimal-şərqində pilotsuz uçuş aparatları ilə intensiv kəşfiyyat uçuşları da həyata keçirir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR