İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın İran əməliyyatı: ilk 100 saat – 3,7 milyard dollar

İran əleyhinə hərbi əməliyyatların maliyyə dəyəri ilə bağlı yeni hesablamalar açıqlanıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın İran əleyhinə başladığı hərbi əməliyyatın ilk 100 saatı təxminən 3,7 milyard dollara başa gəlib. Bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatında qeyd olunur.

Hesabata görə, bu, gündə orta hesabla 891,4 milyon dollar xərclənməsi deməkdir.

Bildirilir ki, bu xərclərin yalnız bir hissəsi əvvəlcədən büdcədə nəzərdə tutulub, əsas hissə – təxminən 3,5 milyard dollar isə büdcədənkənar vəsait hesabına formalaşıb. Gələcək xərclərin miqyası əsasən əməliyyatların intensivliyindən və İranın mümkün cavab addımlarından asılı olacaq.

CSIS xərcləri üç əsas kateqoriyaya bölür:

  • Operativ xərclər – ümumilikdə təxminən 196 milyon dollar. Bunun 178 milyon dolları büdcədə nəzərdə tutulub, qalan hissə isə əlavə xərclərdir.
    Sursat ehtiyatlarının bərpası – təxminən 3,1 milyard dollar və bu vəsait hazırda büdcədə nəzərdə tutulmayıb.
    Döyüş itkilərinin kompensasiyası və zədələnmiş infrastrukturun bərpası – təxminən 350 milyon dollar, bu məbləğ də büdcəyə daxil edilməyib.

Ekspertlərin fikrincə, hərbi əməliyyatların davam etməsi ABŞ üçün maliyyə yükünü daha da artıra bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR