Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı, İraq xarici işlər nazirləri, həmçinin Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışıqlar aparıb.
Musavat.com xəbər verir ki, məlumatı Əraqçinin Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və Pakistan Silahlı Qüvvələrinin rəisi Asim Munirlə telefon danışığından sonra İRNA yayıb: "İranın xarici işlər naziri Abbas Əraqçi onlarla Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin gücləndirilməsinə yönəlmiş son diplomatik səylər və təşəbbüslər barədə fikir mübadiləsi aparıb".
Qeyd olunur ki, bu, son 24 saat ərzində iki ölkə arasında ikinci telefon danışığı olub.
İranlı nazir həmçinin İraq xarici işlər naziri Fuad Hüseynlə telefon danışığı aparıb. Bildirilir ki, onlar regiondakı hadisələri, eləcə də ikitərəfli münasibətləri və regional əməkdaşlığı gücləndirməyin yollarını müzakirə ediblər.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ