İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran qarşıdurması nefti bahalaşdırdı – Azərbaycan nefti yenidən 100 dolları keçdi

ABŞ-ın İran ərazisində yeni hərbi əməliyyatlara başlaması və Tehranın Hörmüz boğazının bağlandığını elan etməsi dünya enerji bazarlarında ciddi təlatüm yaradıb.

Musavat.com xəbər verir ki, son hadisələrdən sonra neft qiymətləri bir gün ərzində 2 dollardan çox bahalaşıb.

Attachment

Birjalarda Brent markalı neftin qiyməti 95,4 dollara, ABŞ-ın WTI markalı nefti isə 92,63 dollara yüksəlib. Analitiklər artımın əsas səbəbi kimi ABŞ-ın İrana yeni zərbələr endirməsini və Hörmüz boğazı ətrafında yaranmış qeyri-müəyyənliyi göstərirlər.

İranın yüksək hərbi komandanlığı boğazın bağlandığını açıqlayıb və bölgədən keçən tankerlərin təhlükə ilə üzləşə biləcəyini bildirib. ABŞ hərbi dairələri isə kommersiya gəmilərinin hərəkətinin davam etdiyini açıqlayıb.

Mütəxəssislərin fikrincə, dünya üzrə neft və qaz daşımalarının təxminən beşdə biri Hörmüz boğazından keçdiyi üçün burada yaranan hər hansı böhran enerji bazarlarına dərhal təsir göstərir.

Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə....

Bahalaşma Azərbaycan neftinə də təsir edib. Brentdən daha yüksək qiymətə satılan Azeri Light markalı neft yenidən 100 dollar həddini keçərək Azərbaycanın enerji gəlirlərinin artması üçün əlavə imkanlar yaradıb.

Bazarlarda narahatlığı artıran digər amil isə ABŞ-da neft ehtiyatlarının gözləniləndən daha çox azalmasıdır. Son məlumatlara görə, ABŞ xam neft ehtiyatları bir həftə ərzində 7,2 milyon barel azalıb. Bu da qiymətlərə əlavə dəstək verən amillərdən biri hesab olunur.

Enerji bazarları hazırda ABŞ-İran qarşıdurmasının növbəti mərhələsini izləyir. Əgər hərbi əməliyyatlar genişlənərsə və Hörmüz boğazında vəziyyət daha da gərginləşərsə, neftin 100 dollar həddini yenidən aşması və Azərbaycan neftinin daha da bahalaşması ehtimalı yüksək qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR