Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə davam edən hərbi qarşıdurma gözləniləndən daha uzun sürməsi ilə beynəlxalq müzakirələrin mərkəzinə çevrilib.
Musavat.com xəbər verir ki, hərbi və siyasi analitik Elayca Manne “Al Jazeera” telekanalına açıqlamasında ABŞ-nin müharibənin bu qədər uzanacağını əvvəlcədən hesablamadığını deyib.
Onun sözlərinə görə, münaqişə artıq 14-cü gününə daxil olub və Vaşinqton həm müharibənin müddəti, həm də İranın reaksiyasının miqyası baxımından gözləmədiyi vəziyyətlə üzləşib.
“Düşünürəm ki, bu, çox çətin bir məqamdır. Çünki amerikalılar müharibənin bu qədər uzun davam edəcəyini, eləcə də İranın və onun müttəfiqlərinin reaksiyasını belə təsəvvür etmirdilər”, – deyə analitik Brüsseldən verdiyi açıqlamada bildirib.
Manne qeyd edib ki, ABŞ Yaxın Şərqdə yerləşən hərbi bazalara dəyən zərərin miqyasını da gözləmirdi.
Onun sözlərinə görə, İranın Hörmüz boğazı ətrafında atdığı addımlar da Vaşinqton üçün gözlənilməz olub.
Analitik əlavə edib ki, “Hizbullah”ın Livan ərazisindən İsrailə hücumları da İsrailin hava hücumundan müdafiə sisteminə ciddi təzyiq göstərir.
“Bu qarşıdurmada kim birinci geri addım atsa, məğlub elan ediləcək”, – deyə Manne bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp belə nəticəni istəmir, lakin eyni zamanda ölkə daxilində artan siyasi təzyiqlə də üzləşir.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ