İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin Ermənistana vədi blefdir - ŞOK İDDİA

Ermənistana investisiya qoyuluşu ilə bağlı verilən vədlər enerji şirkətlərinin səhmlərinin bahalaşmasına nail olmaq məqsədi daşıyan blef ola bilər.

Musavat.com xəbər verir ki, bu fikri MDB Ölkələri İnstitutunun aparıcı elmi əməkdaşı, politoloq, iqtisad elmləri namizədi, beynəlxalq iqtisadi münasibətlər üzrə ekspert Aleksandr Dudçak İrəvanda təşkil olunan “Cənubi Qafqaz əsas logistika yollarının kəsişmə nöqtəsi kimi” mövzusunda videokörpü zamanı səsləndirib.

Onun sözlərinə görə, ABŞ-nin indiki administrasiyası blef ustasıdır, Trampın sözləri isə ciddi əhəmiyyət daşımır: bu gün bir şey deyir, sabah başqa.

“Məbləğlərin həcmi qəribədir, əslində kim ödəyəcək - bəlli deyil. Dəfələrlə olub ki, Trampın açıqlamaları qısamüddətli təsir yaratmaq üçün verilib. Bu bəyanat da enerji şirkətlərinin səhmlərinin artmasına hesablanmış ola bilər. Onlara elə bu da kifayətdir. Bu investisiyalar olmayacaq”, - deyə ekspert bildirib.

“Əsas odur ki, “ABŞ bizimlədir” deyilsin. Amma tarix dərs vermir, öyrənilməmiş dərslərə görə cəzalandırır. Yenə də insanların qulağına yalan asırlar. Üstəlik, Avropa da vizasız rejim vəd edir. Sonra deyəcəklər ki, alınmadı, dünyada böhran var, özünüz baş çıxarın. Məsələ təkcə Ermənistanla bağlı deyil, əsas məqsəd kiminsə səhmlərdən pul qazanmasıdır. Amma təəssüf doğuran odur ki, bütöv bir xalqı, bir dövləti şahmat fiquru kimi istifadə edirlər. Ümid edirik ki, Ermənistan Ukrayna kimi oyun taxtasına çevrilməyəcək və burada siyasi oyun qurulmayacaq”, - deyə rusiyalı politoloq yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR