İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin hərbi təyyarələri Yaxın Şərqə yönəldi

ABŞ Hərbi Hava Qüvvələri-nə məxsus yanacaqdaşıyan təyyarələrin ABŞ bazalarından havaya qalxaraq Yaxın Şərq istiqamətinə yönəldiyi bildirilir.

Musavat.com xəbər verir ki, məlumatı RIA Novosti uçuş məlumatlarının təhlilinə əsaslanaraq yayıb.

Bildirilir ki, Merilend ştatındakı Andrews Air Force Base bazasından bir neçə saat əvvəl ilk olaraq Boeing KC-135R Stratotanker tipli yanacaqdaşıyan təyyarə havaya qalxıb və yaxın vaxtlarda regiona çatacağı gözlənilir. Eyni istiqamətdə həmin bazadan daha beş yanacaqdaşıyan təyyarənin havaya qalxdığı qeyd olunur.

Məlumata görə, ümumilikdə müxtəlif bazalardan Yaxın Şərqə doğru doqquz hava tankeri yola düşüb. Bundan əlavə, bölgəyə üç ədəd Boeing C-17 Globemaster III hərbi nəqliyyat təyyarəsinin də istiqamətləndirildiyi vurğulanır.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR