İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ quru qoşunları Venesuelaya yerləşməyə hazırdır

ABŞ quru qoşunları ölkə və Pentaqon rəhbərliyinin əmri ilə Veneuselaya yerləşdirilməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu ABŞ Ordu katibi Daniel Driskol CBS-də deyib. Onun sözlərinə görə, Prezident Donald Tramp və Pentaqon katibi Pit Heqset əmr verərsə, ABŞ quru qoşunları Venesuelaya yerləşdirilə bilər. Venesuela qüvvələrinin ABŞ üçün təhlükə yaradıb-yaratmadığı sualına Driskol bildirib ki, ordu bölgədə "çoxlu təlim keçir". O, əlavə edib ki, "prezident və ya müdafiə naziri tələb edərsə, hərəkətə keçməyə hazır olacağıq".

Aparıcı qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Latın Amerikası sahillərində narkotik kartellərinə qarşı əməliyyatlarda iştirak edir. O, ABŞ Ordusunun ölkə rəhbərliyindən belə bir əmr alıb-almadığını soruşub. Driskol vurğulayıb ki, "biz bu cür məlumatları açıqlamırıq. Amma tələb olunarsa, hazır olacağıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR