Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın müdafiə şirkəti Raytheon Ukrayna ilə Patriot GEM-T zenit raketlərinin tədarükü üçün ümumi dəyəri 3,7 milyard dollar olan müqavilə imzalayıb.
Musavat.com xəbər verir ki, aprelin 14-də imzalanan müqaviləyə əsasən raketlər Almaniyanın Şrobenhauzen şəhərindəki zavodda istehsal ediləcək.
Patriot PAC-2 ailəsinin bir hissəsi olan GEM-T raketləri yüksək partlayıcı parçalanma döyüş başlığı ilə təchiz olunub. NATO Amerika şirkəti ilə Almaniya, Hollandiya, Rumıniya və İspaniyaya çatdırılacaq 1000-ə qədər GEM-T raketi almaq üçün müqavilə imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Ukrayna üzrə təmas qrupunun iclasından sonra Avropa ölkələrinin Kiyevə hava hücumundan müdafiə və zərbə imkanlarını gücləndirmək üçün 4,6 milyard dollar ayırdığını elan edib. Bundan əlavə, Norveç və Niderland pilotsuz uçuş aparatlarının istehsalına təxminən 1 milyard dollar ayırıb.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ