İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-yə məxsus kater Kuba sahillərində məhv edildi

ABŞ bayrağı altında üzən qayıq Kuba sularına girərək atəş açıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, dörd nəfər ölüb, altı nəfər yaralanıb.

Kuba Daxili İşlər Nazirliyinin məlumatına əsasən yaralananlar arasında Kuba sərhəd patrulunun komandiri də var. Yaralılar təxliyə edilib və tibbi yardım göstərilib.

Açıqlanan məlumatlardan aydın olur ki, əslən kubalı olan və ABŞ-da yaşayan 10 nəfər silah gücünə Kubaya daxil olmaq istəyiblər. Kuba DİN onlardan tüfənglər, tapançalar, partlayıcı qurğular, teleskopik nişangahlar və kamuflyaj geyimləri müsadirə edildiyini açıqlayıb.

Hadisəyə münasibət bildirən vitse-prezident D.J.Vens qeyd edib ki, ABŞ administrasiyası Kuba sularında baş verən hadisəni qorxulu və ya kəskin narahatlıq doğuran qədər ciddi hesab etmir.

ABŞ dövlət katibi Marko Rubio isə jurnalistlərə deyib ki, Kuba hökuməti ABŞ-ı sahillərində baş verən qayıq hadisəsi barədə məlumatlandırıb və Amerika administrasiyası təfərrüatları araşdırır: "Bu səhər Kuba hakimiyyəti bizə Kuba sahillərində baş verən hadisə barədə məlumat verib və biz dərhal araşdırmaya başlamışıq. Hazırda istintaqda Daxili Təhlükəsizlik Nazirliyi, Sahil Mühafizəsi və digər qurumlar iştirak edir. Əldə etdiyimiz məlumatların əksəriyyəti Kuba hakimiyyətindən gəlir və onlar bunu həm ictimaiyyətə, həm də ABŞ hökumətinə təqdim edirlər".

Qeyd edək ki, Florida qeydiyyat nömrəsi FL7726SH olan sürət kateri kommersiya məqsədli nəqliyyat vasitəsi kimi qeydiyyatdan keçib.  

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR