Onlayn ictimai-siyasi qəzet
Rusiya neftinin satışı üçün ümumi lisenziyaların verilməsinə baxmayaraq, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qüvvədə qalır.
Musavat.com xəbər verir ki, bunu Senatdakı dinləmələrdə ABŞ dövlət katibi Marko Rubio deyib:
"Maliyyə Nazirliyi müəyyən həcmdə Rusiya neftinin satışına sanksiyaları qısamüddətli əsasda müvəqqəti olaraq dayandırıb. Bu, əsasən məcburi kompromis kimi, bazarda neft tədarükünü artırmaq və qlobal qiymətləri sabitləşdirməyə çalışmaq məqsədi ilə edilib".
O, həmçinin əlavə edib ki, Ukraynada razılaşmaya doğru "dramatik dönüş" olmadığı təqdirdə, ABŞ müəyyən bir məqamda Rusiya neftinin alınması üçün ümumi lisenziyanın yenilənməsini dayandıracaq.
Bundan əlavə, Rubionun dediyinə görə, Vaşinqton administrasiyası ABŞ Konqresi ilə Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi üzərində işləyir. Söhbət hər iki partiyadan olan senatorların dəstəklədiyi və Rusiya ilə ticarət edən ölkələrə 500 faizlik rüsumların tətbiqini nəzərdə tutan qanun layihəsindən gedir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ