Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə təşkil olunan xüsusi şam yeməyində portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu və amerikalı iş adamı İlon Mask bir araya gəlib.
Musavat.com-un məlumatına görə, şam yeməyi Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın şərəfinə təşkil olunub.
Mətbuatın yaydığı xəbərlərdə bildirilir ki, tədbir həm diplomatik, həm də biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə keçirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ-a səfər edib və burada prezident Trampla görüşüb. Liderlər təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, mülki nüvə enerjisi sahəsində birgə layihələr və krallıqla milyardlarla dollarlıq biznes müqavilələrinin bağlanmasını müzakirə ediblər.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ