İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Rusiya qazına alternativ tapdı - Yunanıstan və "ExxonMobil" anlaşdı

Avropa İttifaqı Rusiya qazından imtina strategiyası çərçivəsində Yunanıstan və ABŞ-ın enerji nəhəngi "ExxonMobil" arasında İon dənizində dəniz qazı kəşfiyyatı ilə bağlı müqaviləni dəstəkləyib.

Musavat.com xəbər verir ki, Yunanıstan rəsmilərinin açıqlamasına görə, ilkin sınaq qazma işləri 2027-ci ilin əvvəlinə qədər tamamlanmalıdır.

Məlumata görə, ehtiyatların rentabelli olması sübuta yetiriləcəyi halda, qaz hasilatı 2030-cu ildə başlayacaq və hasilat prosesi ən azı 2040-cı ilədək davam edəcək.

"Euractiv" yazır ki, Brüssel bu dəfə nəinki layihəyə etiraz etmir, əksinə, Yunanıstanın addımını alqışlayır.

Avropa Komissiyasındakı mənbə bildirib ki, qurumun hazırkı əsas prioriteti Rusiya qazından asılılığı tam aradan qaldırmaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR