İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman-Fransız "mühərriki" söndü?- Avropada Fransız ittifaqı yaranır

Avropa İttifaqında qüvvələr balansı dəyişir və Fransa prezidenti Emmanuel Makron bu dəfə sammit öncəsi siyasi təcrid vəziyyəti ilə üz-üzə qalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti maraqlı məlumat yayıb.

Qeyd olunur ki, Aİ liderləri Belçikanın Limburg əyalətində yerləşən Alden Bisen qəsrində keçiriləcək qeyri-rəsmi görüşdə Birliyin iqtisadi rəqabət qabiliyyətinin artırılması məsələsini müzakirə edəcəklər. Almaniya kansleri Fridrix Merts və İtaliyanın baş naziri Corcia Meloninin sərt şəkildə bürokratik tənzimləmələrin azaldılması tələbi ilə çıxış etməsi gözlənilir. Bir çox üzv ölkə bu yanaşmanı dəstəkləyir.

Makron isə iqtisadi stimullaşdırma üçün alternativ mexanizmlər – o cümlədən ümumi borclanma alətlərinin genişləndirilməsi təklifini irəli sürür. Lakin bu variant xüsusilə Berlin üçün qəbuledilməz sayılır. “Bild” yazır ki, Fransa lideri bir sıra əvvəlki qərarları ilə özünü çətin vəziyyətə salıb.

Bunlara Aİ ilə Cənubi Amerika Birgə Bazarı (MERCOSUR) arasında azad ticarət sazişinə qarşı səs verməsi, həmçinin ötən ilin dekabrında dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qərarın bloklanması daxildir. Sayt hesab edir ki, bu addımlar nəticəsində Makron Avropa daxilində mövqelərini zəiflədib.

Qəzetin şərhinə görə, uzun illər “Almaniya-Fransa mühərriki” kimi təqdim olunan tandem indi faktiki olaraq “Almaniya-İtaliya oxu” ilə əvəzlənir. İtaliya mediası Merts-Meloni yaxınlaşmasını “ox”, Almaniya mətbuatı isə “flört” adlandırır.

"Bild" yazır ki, İtaliya təkcə iqtisadi gündəmdə deyil, müdafiə və təhlükəsizlik, eləcə də miqrasiya siyasəti sahəsində də Fransanın ənənəvi roluna iddia etməyə başlayıb.

Beləliklə, qarşıdakı sammit Makron üçün həm daxili, həm də Avropa səviyyəsində siyasi test kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR