İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya ABŞ-dən 4, 5 milyard dollarlıq silah alır

ABŞ Almaniyaya 3,5 milyard dollarlıq silah satışına hazırlaşır.

Musavat.com xəbər verir ki, müvafiq qərarı Pentaqonun digər ölkələrlə hərbi-texniki əməkdaşlıq və xarici silah satışı üzrə direktoruluğu qəbul edib. 

Satılacaq silahlar SM-6 Block I və SM-2 Block IIIC raketlərini, eləcə də buraxılış qurğularını və digər komponentlərindən ibarət olacaq. 

Direktorluğun məlumatına görə, Dövlət Departamenti müqaviləni təsdiqləyib. Son qərar indi ABŞ Konqresinin səlahiyyətindədir, lakin qanunverici orqanın bu silahların Avropa müttəfiqinə satışına icazə verəcəyinə şübhə yoxdur.

Müqavilə bildirişinə əsasən, Berlin 173-ə qədər SM-6 Block I raketi və 577-yə qədər SM-2 Block IIIC raketi istəyib.

MK-21 Mod 3 və MK-13 Mod 1 buraxılış qurğuları da Almaniyaya təhvil veriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR