İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ankara bütün səfirliklərinə bənzəri olmayan tapşırıq vermişdi” - VİDEO

“Müharibə günlərində Ankaradan Türkiyənin bütün səfirliklərinə gedən bir mesaj var idi ki, Ankaradan gələn təlimatla Bakıdan gələn təlimat eyni qüvvəyə malikdir. Yəni Bakıdan nə təlimat gəlirsə, Ankaradan bunu yoxlamadan yerinə yetirməlisiniz”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib.

“Təbii ki, diplomatik etiketə uyğun olaraq biz bunu etmirdik. Sözümüz olanda Türkiyə XİN vasitəsilə çatdırırdıq. Ancaq bu mesajın verilməsi dünya diplomatiyasında bənzəri olmayan faktdır. Sözdə deyil, əməldə əsl qardaşlığın bir təzahürü idi”, - nazir bildirib.

O, müharibə dövründə Türkiyəyə məxsus F-16-ların Azərbaycanda olmasının mənəvi əhəmiyyətini yüksək qiymətləndirib.

Daha ətraflı videomaterialda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR