Onlayn ictimai-siyasi qəzet
Türkiyə və Ermənistan arasında viza prosedurlarının sadələşdirilməsi ilə bağlı razılaşma əldə olunub.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, hər iki ölkənin diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza proseduru asanlaşdırılacaq. Razılaşmaya əsasən, bu kateqoriyaya aid şəxslər 1 yanvar 2026-cı ildən etibarən elektron vizanı ödənişsiz şəkildə əldə edə biləcəklər.
Məlumatda qeyd olunur ki, qərar Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar çərçivəsində qəbul edilib və rəsmi təmasların, eləcə də qarşılıqlı səfərlərin asanlaşdırılmasını hədəfləyir.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ