Onlayn ictimai-siyasi qəzet
İspaniyanın “Real” klubunda baş məşqçi Xabi Alonso üçün narahatlıq yaradan müzakirə gündəmə gəlib. Belə ki, Arda Gülərin əvəzinə Rodriqoya daha çox şans verməsi üçün ona təzyiq göstərildiyi iddia olunur.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Alonso Arda Gülərə tam etibar edir və onu hücum planının açar fiqurlarından biri kimi görür.
Məlumata əsasən, bu seçim Rodriqonun yaxın çevrəsində və komanda daxilində bəzi futbolçularda narazılıq yaradıb. “Real Madrid” daxilindən sızan məlumata görə, Rodriqonun daha çox oynadılmasını istəyənlər var. Xüsusilə Vinisius Junior Rodriqonun “fərq yarada biləcəyini və oyuna dərinlik qata biləcəyini” müdafiə edir.
Rodriqo isə bu mövsüm zəif performans göstərir.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ