Onlayn ictimai-siyasi qəzet
Keçmiş Avrokorpusun komandanı Yaroslav Qromadzinski Kalininqrad vilayəti ilə bağlı sərt və açıq mesaj verib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, zərurət yaranarsa cavab zərbəsi tam qətiyyətlə endiriləcək:
“Əgər bunu etməyə məcbur olsaq, tam qətiyyətlə edəcəyik: 300 kilometr məsafədə hər şeyi yandıracağıq, 900 kilometrdə isə alovlandıracağıq. Bu, açıq siqnaldır”.
Bu bəyanat Kalininqrad istiqamətində mümkün hərbi ssenarilərə dair açıq xəbərdarlıq kimi qiymətləndirilir. Açıqlama NATO daxilində Rusiya ilə bağlı təhlükəsizlik müzakirələrinin daha da sərtləşdiyi bir dövrə təsadüf edir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ