İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dəhşətli qəza baş verdi - Ölənlər var - FOTO

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşını ilə “Ford” markalı yük maşını toqquşub.

İlkin məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində həyatını itirib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR