Onlayn ictimai-siyasi qəzet
Biləcəri Dəmiryol Stansiyasından Rusiyaya məxsus taxılı Ermənistana çatdıracaq 11 vaqondan ibarət yük qatarı yola salınıb.
Musavat.com xəbər verir ki, Gürcüstan üzərindən tranzitlə daşınacaq taxılın ümumi çəkisi 1023 ton təşkil edir.
Qatar Böyük Kəsik Dəmiryol Stansiyasından keçərək Gürcüstan ərazisinə daxil olacaq və oradan Ermənistan istiqamətində yoluna davam etdirəcək.
Qeyd edək ki, bundan əvvəl martın 9-da da Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana taxıl daşıyan yük qatarı yola salınmışdı. Həmin qatar 7 vaqondan ibarət olub və 488 ton taxıl daşıyırdı.
Şahanə Rəhimli
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ