Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Düzcə vilayətində Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verilir ki, Anar Y.-nin idarə etdiyi parfumeriya məhsulları daşıyan yük maşını Anadolu magistralı ilə Ankara istiqamətində hərəkətdə olub.
Gölyaka ərazisində sürücü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi ayırıcı çəpərə çırpılaraq aşıb.
Qəza zamanı TIR-ın çəkici hissəsi magistral yolun İstanbul istiqamətinə - əks zolağa çıxıb.
Hadisə nəticəsində azərbaycanlı sürücü xəsarət alıb. Əraziyə gələn tibb işçiləri ona yerindəcə ilkin tibbi yardım göstəriblər.
Qəzadan sonra avtomobildən potensial təhlükəli maddə sızması ehtimalı yarandığı üçün əraziyə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mütəxəssisləri cəlb olunub. Aparılan yoxlamalar və ölçmələr nəticəsində sızan maddənin hər hansı təhlükə yaratmadığı müəyyən edilib.
Hadisə səbəbindən magistral yolun hər iki istiqamətində bir hərəkət zolağı müvəqqəti bağlanıb. Yük avtomobili kran vasitəsilə ərazidən götürüldükdən sonra yolda hərəkət tam bərpa olunub.
Musavat.com



13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ