Onlayn ictimai-siyasi qəzet
Bakıya Rusiya Federasiyasının yüksək səviyyəli hərbi nümayəndə heyəti səfər edib.
Musavat.com xəbər verir ki, nümayəndə heyətinə Rusiya Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin rəisi, Hərbi-Kosmik Qüvvələrin silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexov rəhbərlik edir.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Namiq İslamzadə ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, silahlanma sahəsində təcrübə mübadiləsi və koordinasiya məsələlərinə toxunulub.
Məlumata görə, tərəflər regional təhlükəsizlik mühiti fonunda hava qüvvələrinin inkişafı, modernləşmə prosesləri və kadr hazırlığı istiqamətində fikir mübadiləsi aparıblar.
Rusiya nümayəndə heyəti həmçinin Milli Müdafiə Universitetində təşkil olunan seminarda iştirak edib. Tədbirdə müasir silah sistemləri, operativ planlaşdırma və hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ