Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ikinci prezidenti Robert Köçəryanla bağlı yeni hüquqi proses başlayıb.
Musavat.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğu müxalifətdəki “Ermənistan” blokunun lideri Robert Köçəryan barəsində cinayət təqibinin başlanmasına icazə verilməsi üçün MSK-ya təqdimat göndərib.
Qurumdan bildirilib ki, analoji təqdimatlar deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseqyanla bağlı da edilib.
Erməni mediasının məlumatına görə, söhbət ya Robert Köçəryana qarşı yeni cinayət işinin başlanmasından, ya da artıq mövcud işlər üzrə yeni faktların ortaya çıxmasından gedir.
Xatırladaq ki, bundan əvvəl Robert Köçəryanın ölkəni tərk etməsinə icazə verilmədiyi barədə məlumat yayılmışdı. Ardınca Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda çıxış edərək, “üçbaşlı müharibə partiyası” adlandırdığı qüvvələrin heç bir nümayəndəsinin məsuliyyətdən yayınmayacağını bildirmişdi.
Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan isə Baş Prokurorluğun addımını sərt tənqid edib. O bildirib ki, eks-prezidentə qarşı yeni cinayət işi barədə heç bir məlumat yoxdur və Köçəryan indiyədək heç bir iş üzrə dindirilməyib.
Mikoyan sosial şəbəkədə paylaşımında qeyd edib ki, onlar hadisələrin bu cür inkişafına hazırdırlar və daha ağır ssenariləri də istisna etmirlər.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ