Onlayn ictimai-siyasi qəzet
Almaniya hakimiyyəti Rusiyanın mümkün hücumu zamanı ölkə daxilində NATO qüvvələrinin hərəkətinin əngəllənməsi riskinə qarşı hazırlıq görür.
Musavat.com xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, Berlində Almaniyanın şərqində “Almaniya üçün Alternativ” (AfD) partiyasının mövqelərinin güclənməsinin gələcəkdə ciddi problemlər yarada biləcəyindən ehtiyat edirlər.
Almaniya hökumətində hesab edirlər ki, Rusiyanın mümkün hücumu zamanı bəzi yerli hakimiyyət orqanları NATO qoşunlarının və hərbi texnikasının bölgələrdən keçirilməsinə mane ola bilər. Bu isə alyans qüvvələrinin şərq istiqamətinə operativ şəkildə daşınmasını çətinləşdirə bilər.
Məhz bu risk fonunda Berlin milli təhlükəsizliyə təhdid yarandığı halda regional hakimiyyət orqanlarının qərarlarından yan keçməyə imkan verəcək hüquqi mexanizmlər hazırlayır.
Beləliklə, federal hökumət mümkün böhran və ya müharibə şəraitində yerli səviyyədə qəbul edilən qərarların NATO qüvvələrinin hərəkətini bloklamasının qarşısını almağa çalışır.
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ