Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Yaxın Şərqdə hava və raketdən müdafiə imkanları ilə bağlı narahatedici iddia səsləndirilib.
Musavat.com xəbər verir ki, keçmiş CIA analitiki Larry Conson açıqlamasında ABŞ-nin bölgədə istifadə etdiyi Patriot və THAAD sistemlərinin raket ehtiyatlarının intensiv hücumlar zamanı cəmi bir həftəyə tükənə biləcəyini bildirib.
Onun sözlərinə görə, ABŞ ordusu mümkün qarşıdurmalarda daha azsaylı hücumları nəzərə alaraq planlama aparıb. Lakin kütləvi raket və PUA hücumları bu hesablamaların real vəziyyətə uyğun olmadığını göstərir.
Ekspert qeyd edir ki, hər bir hədəfin məhv edilməsi üçün adətən ən azı iki raket buraxılır. Bu isə həm ehtiyatların sürətlə azalmasına, həm də müdafiə xərclərinin ciddi şəkildə artmasına gətirib çıxarır.
Nəticədə, nisbətən ucuz hücum vasitələrinə qarşı milyonlarla dollar dəyərində müdafiə raketlərinin istifadəsi iqtisadi baxımdan səmərəsiz hesab olunur.
Musavat.com
30 Iyul 2026
02:59 FİFA ilə UEFA arasında tarixi qarşıdurma – Dünya çempionatı uğrunda 20 milyard dollarlıq savaş
29 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ