Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın müdafiə naziri Con Heylinin olduğu hökumət təyyarəsi Rusiya sərhədi yaxınlığında uçarkən GPS siqnalını itirib.
Musavat.com xəbər verir ki, hadisə baş verəndə The Times qəzetinin jurnalisti hərbi müşavirlər, adı açıqlanmayan üçulduzlu general və iki fotoqrafla bərabər Estoniyanın cənub-şərqindəki Britaniya qoşunlarının mövqeyini ziyarət edən rəsmi ilə birlikdə olub.
Qəzetin məlumatına görə, 21 mayda Böyük Britaniyaya qayıdarkən nazirin oludğu Dassault Falcon 900LX təyyarəsi peyk siqnalını itirib. Məlumatda siqnalın yalnız sistemi yenidən başlatmaqla bərpa edilə biləcəyi, lakin təyyarənin havada olduğu nəzərə alınmaqla bu edilmədiyi bildirilir. Nəticədə, pilot uçuşun bütün üç saatı ərzində xarici siqnallar tələb etməyən inertial naviqasiya sistemindən istifadə edib.
Eyni zamanda, qəzet qeyd edir ki, təyyarənin cihaz paneli qismən işləməyib və sərnişinlərin kompüterləri internetə qoşula bilməyib. Qəzet müdaxilənin bu təyyarəyə qarşı yönəlmiş hücumun nəticəsi olub-olmadığı barədə nəticə çıxarmır. Nəşr bu məsələ ilə bağlı rəsmi açıqlama vermir.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Heylinin sələfi Qrant Şappsın təyyarəsi də Kalininqrad yaxınlığında uçarkən GPS siqnalını itirmişdi. Görünür, bu, Britaniya Hərbi Hava Qüvvələrinə məxsus eyni Dassault Falcon 900LX biznes təyyarəsi idi. Daha sonra The Daily Telegraph qəzetinin xəbər verdiyi kimi, təyyarə pula qənaət etmək üçün elektron müharibə (EW) sistemlərindən qorunmayıb.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ