Onlayn ictimai-siyasi qəzet
İran parlamentinin 37 deputatı prezident Məsud Pezeşkiana müraciət edərək məcburi hicab qaydalarına əməl etməyən şəxslərə qarşı tədbir görülməsini tələb edib.
Musavat.com xəbər verir ki, Parlamentdə səsləndirilən bəyanatda deputatlar hicab qaydalarına riayət etməyən şəxsləri “çılpaqlıq mədəniyyətinin təbliğatçıları” adlandırıblar.
Millət vəkilləri prezident Pezeşkianı “əsl İran və İslam mədəniyyətinə qayğı göstərməyə”, “müqəddəs müdafiə dəyərlərini qorumağa”, eləcə də cəmiyyətdə norma pozuntularına və məcburi hicaba qarşı çıxan şəxslərə qarşı mübarizə aparmağa çağırıblar.
İran parlamentindəki mühafizəkar qüvvələrin bu tələbi ölkədə məcburi hicab məsələsi ətrafında müzakirələrin yenidən kəskinləşdiyi bir vaxtda səslənib. Son həftələrdə də sərt xətt tərəfdarı olan deputatlar və fəallar hicab qaydalarının daha ciddi tətbiq edilməsini tələb ediblər.
Qeyd edək ki, Pezeşkian administrasiyası məcburi hicab qanununun sərt şəkildə tətbiqinə ehtiyatlı yanaşır. Yeni “İffət və hicab” qanununun tətbiqi də təhlükəsizlik narahatlıqları səbəbilə dayandırılmışdı.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ