Onlayn ictimai-siyasi qəzet
Türkiyə Qəzzaya humanitar yardım aparan "Sumud" Qlobal Flotiliyasına müdaxilə ilə bağlı aparılan istintaq çərçivəsində İsrailin Baş naziri Binyamin Netanyahu və Afek Moskoviç barəsində "Qırmızı bildiriş" (Red Notice) çıxarılması üçün İnterpola rəsmi müraciət prosesinə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Akın Gürlek bəyanat verib. Türkiyənin "Haberler" nəşrinin yaydığı məlumata görə, proses Netanyahu və Moskoviçin "soyqırım" törətməkdə ittiham olunması ilə əlaqədardır.
Nazirliyin bəyanatında xatırladılır ki, 2026-cı il iyulun 14-də Türkiyə məhkəməsi "soyqırım" ittihamı ilə Binyamin Netanyahu və Afek Moskoviç haqqında həbs qətimkan tədbiri seçib. İttiham aktında Netanyahunun və Moskoviçin "soyqırım və bəşəriyyət əleyhinə cinayətlər", "azadlıqdan qanunsuz məhrumetmə", "gəmilərin və nəqliyyat vasitələrinin ələ keçirilməsi", "qəsdən sağlamlığa ağır xətər yetirmə və işgəncə", eləcə də "özgə əmlakını talamalar və soyğunçuluq" əməllərində təqsirli bilindikləri vurğulanır.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ