Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kamçatka yarımadası yaxınlığında zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, yeraltı təkanlar yarımadanın inzibati mərkəzi sayılan Petropavlovsk-Kamçatski şəhərində də hiss edilib.
Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi bildirib ki, seysmik hadisənin gücü 5,5 bal olub. İlkin məlumatlara əsasən, Petropavlovsk-Kamçatskidə zəlzələnin hiss olunma səviyyəsi 3 bal civarında qiymətləndirilib.
Məlumata görə, zəlzələnin ocağı şəhərdən təxminən 94 kilometr məsafədə yerləşib, yeraltı təkanlar isə 29,8 kilometr dərinlikdə qeydə alınıb.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ