Onlayn ictimai-siyasi qəzet
Meksikada baş verən güclü zəlzələ ölkə prezidenti Klaudiya Şeynbaumun keçirdiyi mətbuat konfransını yarımçıq dayandırıb.
Musavat.com xəbər verir ki, zalda seysmik xəbərdarlıq sistemi işə düşdükdən dərhal sonra təhlükəsizlik məqsədilə təxliyə aparılıb.
Məlumata görə, 6,5 bal gücündə yeraltı təkanlar ölkənin cənub və mərkəzi bölgələrində hiss olunub. Zəlzələnin episentri San-Markos şəhəri yaxınlığında, Sakit okean sahilində yerləşən məşhur Akapulko kurortuna yaxın ərazidə qeydə alınıb.
Hazırda dağıntılar və mümkün xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir. Səlahiyyətli qurumlar vəziyyətin nəzarət altında olduğunu bildirir.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ