İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədən qeyri-adi qərar – hər vətəndaşa bu qədər “süni intellekt pulu” veriləcək

Tayvan hakimiyyəti sürətli iqtisadi artımın nəticələrini əhali ilə bölüşmək üçün 2027-ci ildə hər vətəndaşa 10 min yeni Tayvan dolları – təxminən 314 ABŞ dolları birdəfəlik ödəniş etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Taipei Times” məlumat yayıb.

2027-ci ilin dövlət büdcəsində bu ödənişlər üçün ümumilikdə 235,7 milyard yeni Tayvan dolları – təxminən 7,4 milyard ABŞ dolları ayrılması nəzərdə tutulur.

Tayvan hakimiyyəti ödənişi ölkənin süni intellekt və yüksək texnologiyalar sahəsindəki sürətli inkişafından əldə olunan iqtisadi faydanın əhali ilə bölüşdürülməsi kimi təqdim edir. Bildirilir ki, vətəndaşların hansı iqtisadi sektorda çalışmasından asılı olmayaraq, hər kəs bu imkandan yararlanmalıdır.

Tayvan iqtisadiyyatı 2026-cı ildə əvvəlki proqnozlardan xeyli yüksək nəticələr göstərib. İlin ilk yarısında iqtisadi artım təxminən 14,2 faizə çatıb. Bu, son 50 ilin müvafiq dövrü üçün ən yüksək göstəricidir.

Bütün il üzrə iqtisadi artım proqnozu da 9,6 faizdən 11 faizə yüksəldilib. Proqnoz reallaşarsa, bu, Tayvanın son 39 ildə qeydə aldığı ən yüksək illik iqtisadi artım göstəricisi olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR